...

IV Beynəlxalq Uşaq Muğam Festivalının finalçıları və qalibləri mükafatlandırılacaq

Mədəniyyət Materials 29 Avqust 2012 12:40 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində IV Beynəlxalq Uşaq Muğam Festivalının finalçılarının və qaliblərinin yekun konserti və mükafatlandırma mərasimim keçiriləcək.
IV Beynəlxalq Uşaq Muğam Festivalının finalçıları və qalibləri mükafatlandırılacaq

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Muğam Mərkəzində IV Beynəlxalq Uşaq Muğam Festivalının finalçılarının və qaliblərinin yekun konserti və mükafatlandırma mərasimi keçiriləcək.

"Kainat" Gənclik Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də baş tutacaq müsabiqənin təşkilat işləri başa çatmaq üzrədir.

Azərbaycan da daxil olmaqla beynəlxalq müsabiqədə daha səkkiz ölkədən (İraq, İran, Qırğızıstan, MƏR, Özbəkistan, Tacıkistan, Türkiyə, Türkmənistan) gənc istedadlar iştirak edəcəklər.

İlk dəfə olaraq müsabiqə çərçivəsində xarici ölkə nümayəndəsi, Tacikistandan olan 16 yaşlı Firdovsi Nemətov ecazkar Muğam Mərkəzinin səhnəsində "Qarabağ Şikəstəsi"nin ifası ilə öz ölkəsini təmsil etmək arzusundadır.

Qeyd edək ki, müsabiqə Azərbaycan Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, PAŞA Bankın baş sponsorluğu ilə həyata keçiriləcək

Xəbər lenti

Xəbər lenti