...

Bakıda Neftçilər Günü münasibətilə xalq gəzintisi keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2012 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda Neftçilər Gününün qeyd edilməsi çərçivəsində bu gün Bakıda "Neft və təsviri sənət" kitab-albomunun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Statoil Absheron"un birgə layihəsi olan albomda Azərbaycan neftçiləri və neft-qaz sənayesinə həsr edilmiş təsviri sənət əsərlərinin reproduksiyaları təqdim olunub.

Mərasimdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Bu gün, həmçinin Dənizkənarı Milli Parkda neftçilərin peşə bayramı ilə əlaqədar xalq gəzintisi keçirilib.

Xəbər lenti

Xəbər lenti