...

I Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək

Mədəniyyət Materials 1 Oktyabr 2012 17:41 (UTC +04:00)
Cari ilin oktyabr ayının 9-dan 11-dək Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək.
I Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Cari ilin oktyabr ayının 9-dan 11-dək Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 20-dək ölkənin qatılacağı festivalda 50-dən çox bədii və sənədli filmin nümayişi gözlənilir.

Münsiflər heyətində dünya kinematoqrafiya və idman sahəsində böyük nüfuza malik simalar təmsil olunacaq. Filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək.

Festival iştirakçıları ən yüksək mükafat - "Qran-Pri" ilə yanaşı "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında iştirak edəcəklər. Bundan əlavə, qaliblərə münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcək.

Xəbər lenti

Xəbər lenti