...

Bakıda “Statoil” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunmuş dünya şöhrətli fotorəssamların sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2012 10:46 (UTC +04:00)
Oktyabrın 11-də Müasir İncəsənət Muzeyində (MİM) Heydər Əliyev Fondunun, MİM-in, “Statoil” şirkətinin birgə layihəsi çərçivəsində “Statoil”-in Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə məşhur fotorəssamların “Üz-üzə” (“Face to Face”) adlı sərgisi açılıb.
Bakıda “Statoil” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunmuş dünya şöhrətli fotorəssamların sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir V.İmanov/

Oktyabrın 11-də Müasir İncəsənət Muzeyində (MİM) Heydər Əliyev Fondunun, MİM-in, "Statoil" şirkətinin birgə layihəsi çərçivəsində "Statoil"-in Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə məşhur fotorəssamların "Üz-üzə" ("Face to Face") adlı sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Roland Kobia, "Statoil" şirkətinin nümayəndələri, məşhur rəssamlar və ictimai xadimlər iştirak ediblər.

"Statoil" şirkətinin vitse-prezidenti Lars Kristian Beyker və şirkətin Bakı Ofisinin prezidenti Lars Troen Sörensen çıxışlarında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, neft-qaz sektorundakı və ölkə həyatının bütün sahələrindəki uğurları qeyd ediblər.

"İncəsənətlə tanışlıq və ünsiyyət mədəniyyət müəssisələrindən kənarda da mümkündür. Şirkətin incəsənətə bağlılığı iş mühitini daha da yaxşılaşdırmağa, "Statoil" brendi və mədəniyyətini təbliğ etməyə, qurumun fəaliyyət göstərdiyi cəmiyyətlərin mədəni inkişafına töhfə verməyə yardım edir", - Lars kristian Beyker deyib.

"Enerji şirkəti olan "Statoil" incəsənətin də enerji olduğuna inanır. Bu, bizim başlıca biznesimizdən - neft və qazdan fərqli enerjidir. Sənət enerjisi insanlara ilham verir. Beynəlxalq ünsiyyət vasitəsi olan təsviri sənət vizual obrazlar vasitəsilə milliyyətindən, mədəniyyətindən və mənşəyindən asılı olmayaraq, bütün insanlara bir-birini anlamaqda kömək edir", - Lars Troen Sörensen əlavə edib.

Daha sonra sərginin kuratoru Bjarne Voqa deyib ki, "Statoil" şirkətinin təsviri sənət əsərləri kolleksiyasında müasir müəlliflərin son 25 il ərzində toplanmış mindən artıq əsəri var. O, layihənin əsas elementlərinin təhsil, əlaqə, eləcə də sərgi fəaliyyəti olduğunu bildirib və "Statoil"-in təsviri sənət əsərləri kolleksiyasından dünya şöhrətli rəssamların əsərlərini qonaqlara təqdim edib.

Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə 10 müxtəlif ölkəni - Böyük Britaniya, İtaliya, Finlandiya, Danimarka, Norveç, Avstraliya, Şimali Koreya, Malayziya, ABŞ, CAR, Argentina və Braziliyanı təmsil edən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsəri nümayiş etdirilir.

Sərgi noyabrın 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti