...

Yaşar Nurinin qızı: Atam ulduz oldu, göylərə qalxdı (FOTO)

Mədəniyyət Materials 23 Noyabr 2012 19:35 (UTC +04:00)
Bu itki tək onun yaxınları və dostları üçün deyil, hamı üçün ağır oldu. Yaşar Nurinin böyük qızı Ülviyyə xanım Trend-ə keçirdiyi hisslərdən danışıb.
Yaşar Nurinin qızı: Atam ulduz oldu, göylərə qalxdı (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Bu itki tək onun yaxınları və dostları üçün deyil, hamı üçün ağır oldu. Yaşar Nurinin böyük qızı Ülviyyə xanım Trend-ə keçirdiyi hisslərdən danışıb.

"Övlad kimi, hisslərimdən söz açmaq çətindir. Fəxr edirəm ki, mənim hər kəs tərəfindən sevilən, hörmət edilən atam olub. Nə qədər ki, aktyorun yaradıcılığı yaşayır, bir o qədər də o özü yaşayacaq. Mənə elə gəlir ki, o ölmədi, ulduz oldu, göylərə qalxdı. Atamı belə yad etdiklərinə görə hər kəsə təşəkkür edirəm. Xalq onu çox sevirdi, əsas budur", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri cümə axşamı səhər saatlarında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti