...

"YARAT!" Müasir İncəsənət Məkanı Beynəlxalq Venesiya Biennalesi 2013-də iştirak edir (FOTO)

Mədəniyyət Materials 29 May 2013 15:08 (UTC +04:00)
İncəsənətimizin ölkəmizdə və xaricdə etibarlı platforması olan qeyri-kommersiya təşkilatı “YARAT!” Müasir İncəsənət Məkanı qürurla özünün Beynəlxalq Venesiya Biennalesi 2013-də iştirak etməsi barədə məlumat verir.
"YARAT!" Müasir İncəsənət Məkanı Beynəlxalq Venesiya Biennalesi 2013-də iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir C.Babayeva/

İncəsənətimizin ölkəmizdə və xaricdə etibarlı platforması olan qeyri-kommersiya təşkilatı "YARAT!" Müasir İncəsənət Məkanı qürurla özünün Beynəlxalq Venesiya Biennalesi 2013-də iştirak etməsi barədə məlumat verir.

Trend-in məlumatına görə, "Sevir, Sevmir" - özündə Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstandan olmaqla 17 müasir rəssamın işini birləşdirən ölçüsünə görə misli görünməmiş sərgidir. Onun iştirakçıları və müəllifləri qismində Faiq Əhməd, Rəşad Ələkbərov, Əfruz Amiqi, Kutluq Ataman, Şoja Azari, Rəşad Babayev, Mahmud Baxşi, Əli Banisadr, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Taus Maxaçeva, Fərhad Moşiri, Fərid Rəsulov, "Slavyanlar və Tatarlar" art-kollektivi və İliko Zautoşvili olub.

Sərgi hər bir iştirakçı ölkənin dinamik inkşafını əks etdirir, həmçinin tarixin az tanınan, yaxud unudulmuş aspektləri işıqlandırılaraq, regionlarda baş verən təkamülü anlamaqda yardımçı olur.

Sərgi 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində keçirilir və 1 iyun - 24 noyabr tarixləri arasında, Tesa 111, Arsenale Nord ünvanında tamaşaçıların üzünə açıq olacaq.

Sərginin kuratoru Yaxın Şərq və İran üzrə mütəxəssis, əvvəllər "Kristis" hərrac evi ilə əməkdaşlıq etmiş Dina Nasser-Xadividir.

Layihənin sponsorları Azərbaycanda tanınmış markalardan biri olan istehlak məhsulları şirkəti GİLAN və Azərbaycan bazarında aparıcı şirə markası olan JALƏ-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti