...

Braziliyanın "Karvansaray" musiqi qrupunun konserti keçirilib

Mədəniyyət Materials 16 İyul 2013 17:43 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, qrup konsertdə Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərq regionunun bir sıra ölkələrinin musiqilərini tamaşaçılara təqdim edib.
Braziliyanın "Karvansaray" musiqi qrupunun konserti keçirilib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir S.Əhmədova/

Braziliya şəhərində ölkənin "Karvansaray" musiqi qrupunun konserti keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, qrup konsertdə Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərq regionunun bir sıra ölkələrinin musiqilərini tamaşaçılara təqdim edib.

"Karvansaray" musiqi qrupunun rəhbəri Bernardo Bittenkur Azərbaycanın zəngin musiqi ənənələri barədə söz açaraq, ölkəmizdəki etno-cazın inkişaf etdiyini qeyd edib və rəhbərlik etdiyi qrupun Braziliya və Azərbaycan musiqilərinin sintez edilməsi üzərində iş apardığı barədə məlumat verib.

Sözügedən qrup konsertdə "Bayatı-Şiraz" muğamı, həmçinin "Sən gəlməz oldun" mahnısının Braziliya musiqisi ilə sintez edilmiş variantını ifa edib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Karvansaray" musiqi qrupunun rəhbəri Bernardo Bittenkur Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm" inşa musiqisinin qalibi olub və Azərbaycana səfər etmək imkanı qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti