...

Bakıda İrlandiyanın "Celtic Legends" rəqs ansamblının konserti olub (FOTO)

Mədəniyyət Materials 3 Mart 2014 09:39 (UTC +04:00)
Martın 1-də Heydər Əliyev Sarayında İrlandiyanın dünya şöhrətli “Celtic Legends” rəqs ansamblının konserti olub.
Bakıda İrlandiyanın "Celtic Legends" rəqs ansamblının konserti olub (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir V.İmanov/

Martın 1-də Heydər Əliyev Sarayında İrlandiyanın dünya şöhrətli "Celtic Legends" rəqs ansamblının konserti olub.

Trend-in məlumatına görə, dünyaca məhşur step rəqsinin usta ifaçıları - "Celtic Legends" rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olub. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşadıb. Tamaşaçılar professional rəqqasların sərgiləyəcəyi step rəqsinin ahəngindən zövq alıblar.

İrlandiya ansamblının şux rəqsləri və orkestrin ifası alqışlarla qarşılanıb.

Konsertin təşkilatçısı Səlahəddin Atalay "Celtic Legends" rəqs qrupunun Azərbaycana dünya turu çərçivəsində, 50 nəfərədək heyətlə gəldiyini bildirib. Qrupun ifa etdiyi step rəqsləri canlı musiqi ilə müşayiət olunub.

Qeyd edək ki, "Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından tanınmış rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli irland rəqsinin sehri ilə ovsunlayıb. Qrupun xareoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünya şöhrətli qəhrəmanı Viliyam Boltdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti