Azərbaycan, Bakı, 13 may /Trend/
Müasir dünyada sosial aktivlik sadəcə trend deyil, zərurətdir. Bu, qonaqlarımızın - maraqlı bioqrafiyası olan, öz dəsti-xətti və peşəkarlığı sayəsində ayaq üstə dayanan və tanınan qadınların həyatında da zərurətdir. Onlar xeyriyyə hərəkatına heç də görünmək üçün gəlmədilər. Onlar üçün ehtiyacı olanların yanında olmaq vacib idi.
Beləliklə, "FLadies" ən müxtəlif peşələrdə uğur qazanmış qadınları birləşdirdi. Görüşlərimizdə məqsəd yalnız qayğıları unutmaq, bir yerdə yaxşı vaxt keçirmək deyil, Fairmont Baku, Flame Towers mütəxəssislərinin təşkil etdikləri master-klasslarda daha nələrisə öyrənmək idi.
Hər görüş fərdi olacaq və ölkə üçün əlamətdar tarixlərə həsr olunacaq.
Birgə səylərimizin nəticəsi isə müxtəlif həyat şərtlərinə görə çətin vəziyyətdə, yol kənarında qalan kiməsə mütləq sevinc bəxş edəcək. Bu görüşlərin məqsədi xeyriyyəçilikdir. Və bu, qonaqlarımızın bir yerə toplaşmaq üçün öz sıx qrafiklərində vaxt tapdıqları ən vacib səbəbdir.
"FLadies"də ilk görüş Gül bayramı çərçivəsində xeyriyyə marafonu ilə yadda qaldı. Fairmont Baku, Flame Towers-in PR və marketinq meneceri Sayad İbrahimli və Lady.Day.Az-ın baş redaktoru Aynur Hacıyeva öz qonaqlarını hotelin kral nömrəsində qarşıladılar.
Xeyriyyə marafonunda iştirak edirdilər:
Christian Dior Couture Azerbaijan-ın baş direktoru Şəfa İsmayılova
"Nargis" Nəşriyyat Evinin Reklam şöbəsinin direktoru Ayla Aslanova
Yazıçı Günel Anarqızı
"Olive project" kreativ agentliyinin direktoru, "NARGIS magazine"-in baş direktorunun müavini Lalə Adıgözəlova
Teleaparıcı Nərgiz Cəlilova
Müğənni Nigar Camal
"The P World" şirkətinin regional PR meneceri Lavinya Yosub
"Day.Az NEWS Agency"-nin PR direktoru Cəmilə Məmmədova
"DutyFree Diplomat Shop"-un direktoru Səbinə Əliyeva
"Moet Hennessy in Azerbaijan"-ın təmsilçisi Cəmilə İsgəndərzadə-Buasson
Yazışı-publisist Rəna Yüzbaşı
"Metbex Couture" və "Luxmarket" şirkətlərinin yaradıcısı Natalya Qolumb
Şairə Paulina Volodkovskaya-Məlikova
Deloitte&Touche şirkətinin hüquq məsləhətçisi Fərəh Səfərova.
Qısa sürən çay mərasimi rəvan şəkildə baş aşpaz Jan Lyuk Amanna və "Fairmont Baku Hotel"in kulinar rəssamı usta Lalita Samantanın master-klasına keçdi. Qonaqlara öz yerlərini tutmaq təklif olundu. Tərəvəz və meyvələrdən gözəl gül və naxışların kəsilməsi - karvinq üzrə ustad dərsi başladı. Təfərrüatlara ILpix Studio by Sadig Guliyev fotoşəbəkəsində və Orxan Kazımovun videosunda baxmaq olar.
Baş verənlərə DC Kamran Qaralov ahəng verdi.
Qonaqlarımızın zəhməti hədər getmədi. Düşünüldüyü kimi, bizim hədiyyəmizi Abdullayev Rüstəm aldı. Onun 5 yaşı var. Ürək qüsurludur. Tərəfimizdən göstərilən birdəfəlik yardım və bu meyvəli gül səbəti uşağın anasının işlədiyi emalatxanada yaşayan bu kiçik ailənin bütün problemlərini həll etmir. Lakin uşaq gülümsəyir. Onun Gül bayramı baş tutdu.
SONUNCU FOTO - UŞAQ
Lady.Day.Az