...

Ukraynanın dövlət televiziyasında "Hökmdarın taleyi" filmi nümayiş olunacaq

Mədəniyyət Materials 28 May 2014 13:20 (UTC +04:00)
Trend-in məlumatına görə, film Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna dilinə dublyaj edilib.
Ukraynanın dövlət televiziyasında "Hökmdarın taleyi" filmi nümayiş olunacaq

Azərbaycan, Bakı, 28 may /Trend/

28 may 2014-cü il tarixində Kiyev vaxtı ilə saat 12:30-da "Perşiy" Ukrayna Dövlət televiziya kanalında "Hökmdarın taleyi" filmi Ukrayna dilində efirə veriləcəkdir.

Trend-in məlumatına görə, film Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna dilinə dublyaj edilib.

"Hökmdarın taleyi filmi" hökmdarın siyasi meydanda tənhalığı barədədir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahim Xəlil xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti