...

YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin beynəlxalq sərgisində Azərbaycan guşəsi böyük maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 9 İyun 2014 15:32 (UTC +04:00)
Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində 8-9 iyun tarixlərində YUNESKO-nun himayədarlığı və təşkilatçılığı ilə YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV beynəlxalq sərgisi keçirilib.
YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin beynəlxalq sərgisində Azərbaycan guşəsi böyük maraqla qarşılanıb (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir S.Əhmədova/

Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində 8-9 iyun tarixlərində YUNESKO-nun himayədarlığı və təşkilatçılığı ilə YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV beynəlxalq sərgisi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 60 hektar sahəyə malik və ərazisində 6 kənd, 2 şəhərcik salınmış Skanzen Açıq Hava Muzeyində Macarıstanın müxtəlif bölgələrinin kənd təsərrüfatı nümunələri, tikililəri, insanların yaşayış tərzi əyani şəkildə nümayiş etdirilir.

Qeyd edək ki, bu il keçirilən sərgi Muzey tərəfindən fermer təsərrüfatı və kənd həyatına həsr edilib. Bu səbəbdən sərgidə həmin sahələrlə bağlı qeyri-maddi mədəni irs nümunələri nümayiş etdirilib. Azərbaycan, İtaliya, Slovakiya və Monqolustanın Macarıstandakı səfirlikləri tədbirə xüsusi qonaq qismində dəvət edilib.

Sərgidə Azərbaycanın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş xalçaçılıq sənəti nümunələri, ölkəmizin tarixinə, mədəniyyətinə dair kitablar, xalça toxuma sənətini özündə ehtiva edən qısa filmlər nümayiş etdirilib. Sərgi salonunun əsas hissəsində quraşdırılmış Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 5 min nəfərin iştirak etdiyi tədbirdə ziyarətçilərə Azərbaycan xalçalarının tarixi, toxuma üsulları, müxtəlifliyi barədə dolğun məlumat verilib, xalçaçılıqla bağlı kitablar hədiyyə edilib.

Tədbirin sonunda səfir Vilayət Quliyevlə görüşən Skanzen Açıq Hava Muzeyinin direktoru Mikloş Çeri səfirliyin çox sayda eksponatla tədbirə qatılmasından dolayı məmnunluğunu bildirib, Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirərək minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti