...

Bakıda möhtəşəm "Dinozavrlar şousu" açılıb - ulduzlar, uşaq və valideynlərin sevinci (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2014 16:56 (UTC +04:00)
"Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan paytaxtının həyatında parlaq hadisəyə çevrilən "Dinozavrlar şousu"nun açılışı olub.
Bakıda möhtəşəm "Dinozavrlar şousu" açılıb - ulduzlar, uşaq və valideynlərin sevinci (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Vüqar İmanov/

"Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan paytaxtının həyatında parlaq hadisəyə çevrilən "Dinozavrlar şousu"nun açılışı olub.

Trend-in məlumatına görə, sərginin ilk açılış günündə yüzlərlə Bakı sakini və şəhərin qonaqları sərgiyə baş çəkib. Onlar arasında bomondumuzun ulduzları - şairə və prodüser Zəhra Bədəlbəyli, "Eurovision 2011"-in qalibi Eldar Qasımov, müğənni və televiziya aparıcısı Nura Suri, ifaçılar Natəvan Həbibi, Məryəm Şabanova və Çingiz Mustafayev, bəstəkar və şoumen Murad Arif, televiziya aparıcısı Şəhriyar Əbilov, aktyor Rüfət Nəzər və digərləri olub. Bayram gecəsinin aparıcısı model Natella Kərimova idi.

Sərgi Argentinada yaradılıb və həyata keçirilib, ekspozisiya böyük uğur qazandıqdan sonra Avropada, Şimali və Cənubi Amerikada, Çində, Rusiyada nümayiş olunub, indi isə növbə Azərbaycanındır. Bu, dünyada dinozavrlar mövzusu üzrə ən mürəkkəb, yüksək texnoloji, miqyaslı və interaktiv layihədir. Sərginin həyata keçməsi üçün təkcə texniklər deyil, həm də paleontoloqlar işləyiblər. Məhz onların sayəsində dinozavrlar olduqca "canlı" görünür.

"Dinozavrlar şousu"nu Bakıya gətirmiş "Funtime Expo" şirkətinin direktoru Oleq Samoylov açılışda bildirib: "Biz şoumuzu günəşli və heyranedici gözəlliyi olan Bakı şəhərində təqdim etdiyimizə görə şadıq. Bizim dinozavrların interaktiv sərgisi dünyada ən böyükdür. O, böyüklər və müxtəlif yaş qrupundan olan uşaqlar arasında xeyli populyardır. Üstəlik, bu sərgi dünyada uşaqlarımıza Yerin formalaşması dövrü və onun maraqlı formada inkişafı, həmçinin yaddaqalan faktlarla tanış olmağa imkan verən yeganə məkandır. Əlbəttə ki, dinozavrlarla unudulmaz şəkillər gözlənilməz və qeyri-adi fotoalbomu zənginləşdirir".

Sərginin yaradıcısı, kommersiya direktoru İqnasio Soxo deyib: "Biz ekspozisiyada iki konsepsiyanı - təhsil və əyləncəni birləşdirməyə çalışdıq. Bu layihəyə 10 il əvvəl başlamışıq. Bu dövr ərzində dünyanın 100-dən çox şəhərində 250-dən artıq sərgi təşkil olunub. Həmin sərgilərə təqribən 5 milyon nəfər baş çəkib. Biz əminik ki, şou Bakı sakinlərinin də böyük marağına səbəb olacaq, qonaqlarımızın alacağı təəssürat isə bütün həyatları boyu xatirələrində qalacaq".

Layihənin vüsəti təsəvvürləri heyran edir - tarixdən əvvəlki bədheybətlər dövrünə getmənin təkrar olunmaz hissi! "Bakı Ekspo Mərkəzi" əsl cəngəlliyə çevrilib. Cəngəllikdə 65 milyon əvvəl planetmizdə yaşamış 50-dən çox iri heyvan məskunlaşıb. Kələzlər və sürünən heyvanlar burada təbii ölçüdə təqdim olunub və hərəkət edə, qanad çala və acgözlüklə dişlərini şaqqıldada bilirlər. Sahəsi 5 min kvadratmetr olan pavilyonda gəzərkən insan istər-istəməz dinozavrların "itirilmiş dünyası"ına qərq olur.

Bu, bütün ailə üçün ideal vaxt keçirmədir: böyüklər sərgidən zövq ala bilərlər, uşaqlar isə bu yaşıl nəhənglər haqqında çox şey öyrənəcəklər, axı ekskursiyanı paleontoloqlar aparırlar. Üstəlik, burada nəinki nəhənglərə baxmaq olar, həm də onlara toxunmaq, kiçik dinozavrların belində gəzmək, qabığı soyulan yumurtanın içərisinə və ya dinozavrın ağzına girmək mümkündür.

Ekpozisiyadan təəssüratları dinozavrların həyatı haqqında 3D filmi, ən balacalar üçün kiçik sevimli dinozavr Dino ilə interaktiv oyun zonası, gənc paleontoloqların qazıntılar aparacağı "arxeologiya zonası" zənginləşdirəcək. Sərginin ərazisində, həmçinin kafe, suvenirlər mağazası, 3D kinoteatrı yerləşdirilib.

Yeri gəlmişkən, gənc qonaqlar üçün açılışda tarixdən əvvəlki kələzlər haqqında müsabiqə keçirilib. Müsabiqədə suala düzgün cavab verən hər bir ziyarətçi dinozavrın kiçik fiqurunu qazanıb. Uşaqlar üçün də klounlar, cizgi filmi qəhrəmanları, illüzionistlərin iştirakı ilə şou təqdim olunub.

Təşkilatçılar tarixdən əvvəlki dövrə səyahətə dəvət edir. Səyahətin partlayıcı, ağlasığmaz, ən yaddaqalan və qeyri-adi olacağı vəd olunur.

Sərgi ziyarət üçün sentyabrın 18-dən oktyabrın 15-dək hər gün (saat 10:00-dan 20:00-dək) açıqdır. Biletləri sərginin girişində əldə etmək mümkündür. Sərginin kassaları saat 19:00-dək işləyir. Təşkilatçılar "Bakı Ekspo Mərkəzi"nə pulsuz getmək üçün şərait yaradıblar. Hər 30 dəqiqədən bir metronun "Koroğlu" stansiyasından "Bakı Ekspo Mərkəzi"nə avtobuslar işləyirlər.

Ünvan: "Bakı Ekspo" Sərgi Mərkəzi, Heydər Əliyev, 515. Arayışlar üçün e-mail ünvan: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti