...

Azərbaycan "Womex" musiqi festivalında təmsil olunacaq

Mədəniyyət Materials 20 Oktyabr 2014 15:30 (UTC +04:00)
2014-cü ilin 22-26 oktyabr tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santiaqo-de-Kompostela şəhərində keçiriləcək 20-ci "Womex" - Dünya Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan "Womex" musiqi festivalında təmsil olunacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

2014-cü ilin 22-26 oktyabr tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santiaqo-de-Kompostela şəhərində keçiriləcək 20-ci "Womex" - Dünya Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qeyd edilən tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.

1994-cü ildən indiyə qədər bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi musiqiçilərimiz təmsil ediblər.

Bu il keçiriləcək "Womex" festivalında Azərbaycanın təmsil olunması məqsədilə Azərbaycan güşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və 23 oktyabr tarixində Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Qeyd edək ki, tədbirlə bağlı nazirliyin nümayəndə heyəti 20 oktyabr 2014-cü il tarixində İspaniyaya ezam edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti