...

Şəhriyarın ən böyük heykəli Eynalı dağında

Mədəniyyət Materials 1 Dekabr 2014 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətində yerləşən Eynalı dağında qaya üzərində Məhəmmədhüseyn Şəhriyarın ən böyük heykəli yaradılacaq. Bunu Eynalı istirahət zonasının tikinti və inkişaf üzrə direktoru Qulamrza Vüsali deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verir.

Məlumata əsasən, Q.Vüsali bildirib ki, Şəhriyarın heykəlinin qayalar üzərində işlənməsinə aprel ayında başlanılıb. Heykəlin hündürlüyü 10 metrdir.

Onun sözlərinə görə, bu əsər üzərində iki heykəltəraş çalışır.

Qeyd edək ki, Təbriz şəhəri Enalı dağının ətəyində yerləşir. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxır və istirahət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti