...

Dövlət Gənc Tamaşaçılar Teatrında amerikalı professorlarla görüş olub

Mədəniyyət Materials 23 İyun 2015 16:15 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kolorado Dövlət Universitetinin Mexaniki mühəndislik kafedrasının professoru, eyni zamanda, müxtəlif xalqların folklor musiqisi üzrə tədqiqatçı Bert Vermeulen və Nyu York Texnologiya Kollecinin Riyaziyyat kafedrasının professoru Ezra Halleklə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov arasında görüş keçirilib.

I Avropa Oyunları çərçivəsində baş tutan görüşdə qonaqlar Bakıda keçirilən 17 günlük beynəlxalq yarışlarda tamaşaçı qismində iştirak etməyin olduqca maraqlı olduğunu diqqətə çatdırıblar. Bakıdakı bir sıra görməli məkanlarda olduqlarını deyən qonaqlar yarışların sonuna qədər şəhərimizi daha yaxından tanımaq üçün bir çox başqa yerlərdə də olmaq istədiklərini bildiriblər. Ölkəmizin qədim tarixi və müasir binaları, parkları, yeni tikililəri, teatr, muzey, konsert, musiqi müəssisələri haqqında məftunluqla danışan qonaqların sözlərinə görə dünyanın heç bir ölkəsində müxtəlif memarlıq üslubları bu cür vəhdət təşkil etmir.

Şəhərimizin özünəməxsus gözəlliyi, insanlarımızın istiqanlı münasibəti, maraqlı və zəngin mətbəximiz əcnəbi turistlərdə Bakı haqqında olduqca zəngin təəssürat yaradıb.

Sonda teatrın rəhbərliyi qonaqlara Bakının memarlıq abidələri, mətbəxi, teatr müəssisələrini əks etdirən kitabçalar hədiyyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti