...

Antonio Banderas kollecə qəbul olub

Mədəniyyət Materials 28 Avqust 2015 10:26 (UTC +04:00)
Aktyor və rejissor Antonio Banderas Britaniyanın “Сentral Saint Martins” kollecinin tələbəsi olub.
Antonio Banderas kollecə qəbul olub

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Aktyor və rejissor Antonio Banderas Britaniyanın "Сentral Saint Martins" kollecinin tələbəsi olub. Trend-in "Vogue UK"-ə istinadən verdiyi məlumata əsasən, bu barədə aktyor özünün Instagram səhifəsində bildirib.

Sosial şəbəkədə dərc olunan şəkildə 55 yaşlı A.Banderas manekenlərin fonunda əks olunub. Aktyor şəklə belə bir şərh yazıb: "Central Saint Martins"-də ikinci təhsil həftəsi başlayır. Dolğun, həyəcanlı, eyni zamanda ciddi və əyləncəlidir".

A.Banderasın daxil olduğu fakültə barədə məlumat verilmir.

"Central Saint Martins" kolleci Londonda yerləşir və London İncəsənət Universitetinə (University of the Arts London) daxildir. Kollec dəb və dizayn təhsil sahəsinin liderlərindəndir, təhsil ocağının dizayn fakültəsində bir zamanlar modelyerlər Con Qalyano, Stella Makkartni, Aleksandr Makkuin, Zak Pozen və Rikardo Tişi təhsil alıb.

Xatırladaq ki, A.Banderasın peşəkar ali təhsili yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti