...

Bakıda Kolumbiya mədəniyyət gecəsi keçiriləcək

Mədəniyyət Materials 9 Sentyabr 2015 14:59 (UTC +04:00)
Kolumbiyanın Azərbaycandakı səfirliyi bu ölkənin mədəniyyətinə həsr edilmiş gecə təşkil edir.
Bakıda Kolumbiya mədəniyyət gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Kolumbiyanın Azərbaycandakı səfirliyi bu ölkənin mədəniyyətinə həsr edilmiş gecə təşkil edir. Bu barədə Trend səfirliyə istinadən məlumat verir.

Tədbir "Tato Marenco y Vía 40" qrupunun musiqili müşayiəti ilə keçəcək. Qonaqlar Barrankilyadan olan tanınmış şef-aşpaz İvan Fransisko Eskobarın hazırladığı Kolumbiya mətbəxinin ənənəvi təamlarını dada biləcəklər.

Tədbirdə Azərbaycan nümayəndələrindən başqa, Kolumbiya icmasının üzvləri və Kolumbiyanın Azərbaycandakı dostları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti