...

Azərbaycan Beynəlxalq Sənədli Filmlər Festivalında təmsil olunacaq

Mədəniyyət Materials 10 Sentyabr 2015 17:24 (UTC +04:00)
9-11 oktyabr 2015-ci tarixində Türkiyənin Safranbolu şəhərində 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.
Azərbaycan Beynəlxalq Sənədli Filmlər Festivalında təmsil olunacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elmir Murad/

9-11 oktyabr 2015-ci tarixində Türkiyənin Safranbolu şəhərində 16-cı "Altın Safran" Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm NAzirliyindən verilən məlumata görə, filmlərin peşəkar və həvəskar olmaqla iki kateqoriyada yarışdığı festivalda Azərbaycan rejissor Adil Azayın dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" və "Azanfilm" studiyasının çəkdiyi "Vulkanın nəfəsi" sənədli filmləri ilə təmsil olunacaq.

"Xəlvətdə qalmış müdrik" filmi görkəmli sufi filosofu, "Xəlvətiyə" təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, "Vulkanın nəfəsi" filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti