...

Bakıda "Qanuni" adlı konsert proqramı (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2016 13:17 (UTC +04:00)
Müğənni Rəşad İlyasov "Qanuni" adlı konsert proqramı ilə çıxış edəcək.
Bakıda "Qanuni" adlı konsert proqramı  (FOTO)

Bakı. Trend:

Müğənni Rəşad İlyasov "Qanuni" adlı konsert proqramı ilə çıxış edəcək. Trend-in məlumatına görə, konsert fevralın 6-da istirahət məkanlarının birində nəzərdə tutulub. Rəşad İlyasov sürpriz proqram təqdim edəcək. Eyni zamanda onun sürpriz qonaqları olacaq ki, bu barədə sənətçi öncədən açıqlama vermək istəmir.

Qeyd edək ki, Leyla Babayeva və Ramil Xələfov də həmin gecə səhnəyə çıxıb, mahnılarını ifa edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti