...

Azərbaycanlı ulduzlar düzgün qidalanmanın tərəfdarıdır (FOTO)

Mədəniyyət Materials 9 Fevral 2016 16:02 (UTC +04:00)
Bakıda tibb mərkəzlərinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə “Dieta düzgün qidalanmanın əsasında” mövzusunda elmi-praktik konfrans keçirilib. Bunu Trend-ə təbdirin təşkilatçıları deyiblər.
Azərbaycanlı ulduzlar düzgün qidalanmanın tərəfdarıdır (FOTO)

Bakı. Trend:

Bakıda tibb mərkəzlərinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə "Dieta düzgün qidalanmanın əsasında" mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, qonaqlar arasında televiziya aparıcıları Afaq Gəncəli və Dilarə Əliyeva, aşıq Samirə Əliyeva, müğənni Əbdül Xalid və digər ulduzlar olub.

Tədbirin təşkilatçısı, həkim-dietoloq Tutu Zeynalova qeyd edib ki, sağlam dieta sağlamlığa zərər vermədən arıqlamağa yönəlmiş düzgün qidalanmadır: "Düzgün qidalanma sağlamlığı qorumağa kömək edir və enerjini artırır, bundan başqa həyat keyfiyyəti xeyli yaxşılaşır. Onun əsas prinsipi rasionun fərdi zövq seçimlərinə və orqanizmin vəziyyətyinə uyğun gəlməsidir. Arıqlama prosesində düzgün qidalanma həlledici rol oynayır, çünki məhz sağlam qidanın köməkliyi ilə dünya əhalisinin yarısının üzləşdiyi artıq çəkidən xilas olmaq mümkündür. Buna görə də bədən qamətinizi düzəltmək və bədəni daha cəlbedici etmək qərarına gəlibsinizsə, düzgün qidalanma və dieta bir-birilə ahənglik təşkil etməlidir".
Çıxış edənlər vurğulayıblar ki, düzgün olmayan qidalanma bütün mümkün xroniki xəstəliklərə, qastritə, artıq çəkiyə, piylənməyə, dəridə səpmələrə, saşların tökülməsinə, tez sınan dırnaqlara, süstlüyə və depressiyalara gətirib çıxarır. İnsan sağlamlığı istehlak edilən məhsullardan və qida vərdişlərindən tam asılıdır. İnsanın düzgün qidalanması balanslaşdırılmış olmalıdır, yəni zülallar, karbohidratlar və yağlar arasında sağlam balansa riayət edilməlidir.

Tədbirdə "Tutu diet Youtube" sosial şəbəkəsində bloq və kanalın təqdimatı olub.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti