...

Azərbaycan Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Mədəniyyət Materials 10 May 2016 20:48 (UTC +04:00)
2016-cı ilin 12-16 may tarixlərində İtaliyanın Turin şəhərində 29-cu Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Azərbaycan Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Bakı. Trend:

2016-cı ilin 12-16 may tarixlərində İtaliyanın Turin şəhərində 29-cu Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.

Trend nazirliyə istinadən məlumat verir ki, İtaliyanın ən böyük kitab sərgisində iştirak etməkdə məqsəd ölkəmizin kitab sənətinin, Qarabağla bağlı həqiqətlərin, turizm imkanlarının və nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıqların yaradılmasıdır.

Tədbirdə yerli və xarici olmaqla 1100 təşkilat iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ötən ildən Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti