...

"Morelin ixtirası" kitabı işıq üzü gördü

Mədəniyyət Materials 25 May 2016 15:05 (UTC +04:00)
Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi – “Morelin ixtirası” kitabı işıq üzü gördü.
"Morelin ixtirası" kitabı işıq üzü gördü

Bakı. Trend:

Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan Adolf Bio Kasaresin "Morelin ixtirası" kitabı nəşr olunub.

Kitabın ispan dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə "Sur (Cənub)" Proqramı çərçivəsində həyata keçirilib.

Vaxtilə ispandilli ədəbiyyatın məcrasını məşhur Argentina yazıçısı X.L.Borxeslə bir, kökündən dəyişmiş Adolf Bio Kasares 1990-cı ildə Servantes Ədəbiyyat Mükafatına layiq görülüb. Yazıçının ədəbi irsi "Morelin ixtirası" romanı ilə Azərbaycan oxucusuna ilk dəfə çatdırılır.

Əsər orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə edilib.

Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti