...

Gədəbəy - tarixi yaddaşımız (FOTO)

Mədəniyyət Materials 27 İyun 2016 22:02 (UTC +04:00)
Azərbaycanın zəngin maddi-mədəni irsə sahib bölgələrindən biri də Gədəbəydir.
Gədəbəy - tarixi yaddaşımız (FOTO)

Bakı. Trend:

Orta məktəbdə e.ə. XIV-XI əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti, eyni zamanda Gədəbəydə, demək olar, bütün dövrlərə aid tarixi abidələr haqqında az-çox oxumuşuq. Lakin əksəriyyətimiz bu mədəniyyətlə, bu tarixlə əyani tanış deyilik. Heç bəlkə tanış olmaq ağlımıza da gəlməyib...

"Gədəbəy zəngin təbiətə, maddi-mədəniyyət irsinə, gözəl və səmimi insanlara, insanlığa, qonaqpərvərliyə malik bir yurdumuzdur. Bu torpaqlar bizi özümüzə qaytarır, tariximizi yada salır, əsl insanlıq və qəhrəmanlıq dərsi keçir. Gədəbəyin hər qarışı tarix, qəhrəmanlıq məktəbidir, hər insanı insanlığın nümunəsidir. Daha "Gədəbəydə kartofdan başqa nə var?" deməyin, həzərat"...

Qalakənd kəndindəki "Koroğlu" qalası (XVI əsr)

Böyük Qaramurad kəndində "Həmşivəng" kompleksi (XI-XII əsrlər)

Kiçik Qaramurad kəndində alban məbədi

Söyüdlü kəndi ərazisində "Qız qalası" ("Namərdqala" - IX-XII əsrlər)

Şəmkirçayın sahilində yerləşən Mahrasa məbədi (III-IV əsrlər)

Şamlıq meşəsində alban məbədi

Əyrivəng kəndində alban məbədi (IX-X əsrlər)

Çalburun kəndi, Qanlı körpü (Cənubi Qafqazda ilk dəmir yolu - 1879-cu il)

Tariximizi qorumaq, bu irsə sahib çıxmaq hər birimizin borcudur!

Gədəbəyin tarixi abidələri fotoqraf İradə Qədirovanın obyektivində:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti