...

Nizami Kino Mərkəzində İctimayi Birliyin himayəsində olan uşaqlar üçün film nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 14 Oktyabr 2016 19:37 (UTC +04:00)
Nizami Kino Mərkəzi “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimayi Birliyin himayəsində olan uşaqlara pulsuz film nümayişi keçirib.
Nizami Kino Mərkəzində İctimayi Birliyin himayəsində olan uşaqlar üçün film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Bu gün Nizami Kino Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimayi Birliyinin himayəsində olan uşaqlar üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Dərs” filminin nümayişini keçirib.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rejissor Rafiq Əliyev və Cavid Təvəkkülün çəkdiyi ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Filmdə Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Nümayişdən sonra İctimayi birliyin hüquqşünası Nuriyyə Abbasova, valideynlər və uşaqlar kinomərkəzin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildirib və filmi bəyəndiklərini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti