...

Həftəsonu kino istirahəti - Filmlərin afişası

Mədəniyyət Materials 21 Oktyabr 2016 18:07 (UTC +04:00)
20 oktyabr 2016-cı il tarixindən Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Cek Riçer 2” bədii, “Kubo. samuray əfsanəsi” animasiya filmlərinin və yumor ustası Fərda Aminin “Selfinaz”ının nümayişi başlanıb.
Həftəsonu kino istirahəti - Filmlərin afişası

Bakı. Trend:

20 oktyabr 2016-cı il tarixindən Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Cek Riçer 2” bədii, “Kubo. samuray əfsanəsi” animasiya filmlərinin və yumor ustası Fərda Aminin “Selfinaz”ının nümayişi başlanıb.

Dünya şöhrətli aktyor Tom Kruzun rol aldığı “Cek Riçer 2” trillerinin rejissoru Edvard Tsvik ssenari müəllifi Riçard Uenk və Edvard Tsvikdir. Filmin sloqanı: “Güzəşt etmə, təslim olma, qayıtma ” Yaş həddi: 16+

Cek Riçer döğma 110 saylı bölməsinə qayıtmağı qərara alır. Burda onun başqa marağıda var- bölmə komandiri Syuzan Terner. Vaxtılə məhz onun verdiyi dəyərli xəbər nəticəsində Cek böyük təhlükədən qurtula bilmişdi. İndi Syuzanı şəxsən təşəkkür etmək imkanı yaranacaqdı. Amma bölməyə gələn Cek, Syuzanın böyük rüşvət aldığına görə həbs olunduğunu oyrənir. Özü isə yaddaşından silinmiş 16 il əvvəl baş verən qətldə günahlandırıldı. Qəribə təsadüf yoxsa kiminsə qəzəbli oyunu? Həmişə özünü rahat və yaxşı hiss etdiyi yerə dönüşü Cek üçün xoşagəlməz macəralarla nəticələnir...

Baş rollarda Tom Kruz, Kobi Smolders, Danika Yaroş, Nindja N.Devu, Robert Nepper, Eldis Xoc, Xolt MakKellani, Syu-Linn Ansari, Culiya Xolt və Çeyz Savoy çəkiliblər.

“Kubo. samuray əfsanəsi” animasiya filmini Mark Heymsin ssenarisi əsasında rejissor Trevis Nayt fentezi və macəra janrında çəkib. Yaş həddi: 06+

Kubo-möhtərəm nəslin varisidir. Amma keçmiş ruhlar qayıdan zaman onun müdafiəsinə ancaq bir iki nəfər qalxır. Kubonun yeganə qurtulma şansı-əfsanəvi samuray olan atasının sehirli qılınc-qalxanını tapmaqdır.

Rollarda Art Parkinson, Şarliz Teron, Reyf Fayns, Corc Takey, Keri-Xiroyuki Taqava, Brenda Vakkaro, Runi Mara, Mettyu MakKonaxi, Meyrik Merfi və Mina Nodzi çəkiliblər.

Həmçinin, bu həftədən başlayaraq Fərda Aminin “Selfinaz” stand up-ını canlı izləməyənlərə 70 dəqiqə gülüş fürsəti veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti