Bakı. Trend:
Bakıda "Excelsior" mehmanxanasında 9 noyabr Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş rəngarəng moda şousu baş tutub.
Trend-in məlumatına görə, şouda 4 yaşdan 14 yaşadək gənc modellər və 17 dizayner iştirak edib. Modellər bayraq şəklində geyimləri səhnədə nümayiş etdirib.
Müxtəlif geyimlər arasında Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, İtaliya, Çin və digər ölkələrin bayraqları yer alıb.