Bakı. Trend:
Martın 10-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Bahar süitası” adlı klassik musiqi axşamı keçiriləcək.
Trend-in məlumatına görə, tədbirdə tanınmış musiqiçilər - pianoçu Səidə Tağı-zadə, violonçel ifaçısı əməkdar artist Aleksey Miltıx, tarzən əməkdar artist sahib Paşazadə və violin ifaçısı Ümidə Abbasova iştirak edəcəklər.
Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti də çıxış edəcək. Kvartetin iştirakçıları: xalq artisti Uran Seyidov (violin I), Soltan Məmmədova (violin II), əməkdar artist Vaxtanq İmanov (viola) və əməkdar artist Aleksey Miltıx (violonçel). Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az.