...

"Oyan Azərbaycan" verilişində muğam ifaçıları qonaq olub (FOTO/VIDEO)

Mədəniyyət Materials 1 Mart 2017 18:48 (UTC +04:00)
Hər şənbə və bazar Xəzər TV tamaşaçılarını tezdən oyanmağa səsləyən "Oyan Azərbaycan" verilişində bu həftə sevilən muğam ifaçıları Ehtiram Hüseynov və Arzu Əliyeva qonaq olub.
"Oyan Azərbaycan" verilişində muğam ifaçıları qonaq olub (FOTO/VIDEO)

Bakı. Trend:

Hər şənbə və bazar Xəzər TV tamaşaçılarını tezdən oyanmağa səsləyən "Oyan Azərbaycan" verilişində bu həftə sevilən muğam ifaçıları Ehtiram Hüseynov və Arzu Əliyeva qonaq olub.

Həm səmimi söhbət, həm də maraqlı ifalar proqramın bu sayına da özünəməxsusluq qatıb.

Səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən maraqlı reportaj və videomaterialları tamaşaçılarına təqdim etməkdə davam edir. “Qəbulumuzdur” rubrikasında “ASAN xidmət”in nümayəndəsi Elvin Şirinli “ASAN qatar” və “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin əhəmiyyətindən danışıb.

Bu dəfə “SOSium” rubrikasında Binəqədi rayonu ərazisində avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolun təmirə ehtiyacı olduğundan, “Qadın nə istəyir?”də qadın zorakılığından, “Peşəkar”da isə kitablardan maraqlı əl işləri hazırlayan sənətkardan danışılıb. Verilişin içində yer alan digər rubrikalar(“Haqqım var”, ”“Balalar bilirmi?!”, “Sərhədsiz”, “Xərci var”, “Bilirsinizmi”, “Biş-düş”, “Kəndçi”, “Möhkəm ol”, “Özünü sına”, “Meqapolis”, “Dostum”, ”Düzələr”, “Ulduzlu uşaq” “Uğur düsturu” və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilib.

Qeyd edək ki, bir-birindən maraqlı və rəngarəng 20-dən çox rubrika ilə tamaşaçı rəğbəti qazanan verilişdə tamaşaçıları maarifləndirmək əsas prioritet seçilib.

Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi "Bakupic Group"a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Xəbər lenti

Xəbər lenti