...

Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

Mədəniyyət Materials 23 İyun 2017 19:18
“Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.
Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

Trend-i buradan izləyin

Bakı. Trend:

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

Trend-in məlumatına görə, ilk dəfə keçiriləcək layihədə Respublikanın xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti