...

Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümün son beynəlxalq festivalına hazırlaşır (FOTO)

Mədəniyyət Materials 23 İyun 2017 19:55 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu teatr mövsümünün son Beynəlxalq festivalına getməyə hazırlaşır.
Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümün son beynəlxalq festivalına hazırlaşır (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu teatr mövsümünün son Beynəlxalq festivalına getməyə hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, iyun ayının 27-dən – iyulun 3-dək kollektiv Belarusun Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarus Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu ilki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunur.

26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Məlumat üçün bildirək ki, “Kontrabas” tamaşası bir çox beynəlxalq festivalların qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti