...

"Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş olunub

Mədəniyyət Materials 26 Sentyabr 2017 20:53 (UTC +04:00)
Müşviqabad qəsəbə Mədəniyyət evində "Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş olunub.
"Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş olunub

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və mədəniyyət müəssisələrində 15 sentyabrdan etibarən kino mövsümü başlayıb.

İdarədən Trend-ə verilən məlumata görə, sentyabrın 22-də İdarənin Müşviqabad qəsəbə Mədəniyyət evində "Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş etdirilib. Film nümayişləri qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Müşviqabad qəsəbə Mədəniyyət evində ilin sonunadək həftənin 3, 4 və 6-cı günləri kino seansları davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti