...

Musiqi məktəbində ustad dərsi keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2017 20:37 (UTC +04:00)
Əməkdar incəsənət xadimi, professor Telman Hacıyevlə görüş və ustad dərsi keçirilib.
Musiqi məktəbində ustad dərsi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbində tanınmış musiqiçi, istedadlı fleytaçı, əməkdar incəsənət xadimi, professor Telman Hacıyevlə görüş və ustad dərsi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, görüşdə həmçinin bir sıra ziyalılar - Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, akademik Yahya Caniyar, şair-publisist Şükür Şuşalı, akademik Həmid Cəfərov, həkim-şair Zakir Ağdamlı, fəlsəfə elmləri doktoru, şair Əsədulla Qurbanov, eləcə də fəlsəfə elmləri namizədi, dosent Xavər Əhmədova, BMA-nın professoru Mina Hacıyeva və başqaları iştirak ediblər.

Görüşün əsas məqsədi ustad musiqiçinin həyat və yaradıcılığı ilə şagirdləri tanış etmək, onun ifaçılıq, eləcə də pedoqoji təcrübəsinin müəllim və şagirdlərlə bölüşməsi olub.

Sonda məktəbin nəfəs və zərb alətlərində ifa edən istedadlı şagirdlər kiçik musiqi çələngi təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti