...

Patti Ostinin Finlandiyadan başlayan konsert turnesi Azərbaycanda bitəcək

Mədəniyyət Materials 30 Oktyabr 2017 11:28 (UTC +04:00)
Tanınmış caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostinin Bakıda ilk konserti noyabrın 15-də Heydər Əliyev Mərkəzində olacaq.
Patti Ostinin Finlandiyadan başlayan konsert turnesi Azərbaycanda bitəcək

Bakı. Trend:

Tanınmış caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostinin Bakıda ilk konserti noyabrın 15-də Heydər Əliyev Mərkəzində olacaq.

Müğənninin noyabrın 7-də başlayacaq konsert turnesi Finlandiya, Norveç, İsveçi əhatə edəcək və Azərbaycanda başa çatacaq.

P.Ostin qastrol səfərində “cazın birinci ledisi”, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə ithaf etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edəcək. Konsert proqramında E.Fitzceraldın ölməz hitlərinin yenidən işlənmiş versiyaları ifa olunacaq.

Qeyd edək ki, bu il dünyada əfsanəvi caz ifaçısı E.Fitzceraldın 100 illiyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti