...

Heydər Əliyev Sarayında fiziki qüsurlu insanların konserti keçiriləcək

Mədəniyyət Materials 23 Noyabr 2017 19:25 (UTC +04:00)
Dekabrın 1-də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçiriləcək.
Heydər Əliyev Sarayında fiziki qüsurlu insanların konserti keçiriləcək

Bakı. Trend:

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçiriləcək.

Trend-in məlumatına görə, 3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçiriləcək konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış edəcəklər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edəcək.

Saat 16:00-da başlayacaq konsertə giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti