...

Əhməd Bakıxanovun 125 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Dekabr 2017 19:43 (UTC +04:00)
Tarzən, xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyilə əlaqədar tədbir keçirilib.
Əhməd Bakıxanovun 125 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tarzən, xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir həmçinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 80 illik yubileyinə həsr olunub.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.

Məktəbin direktoru Almaz Əhmədova gələn qonaqları salamlayaraq, məktəbin tarixindən və görkəmli tarzən, pedaqoq Əhməd Bakıxanov haqqında ətraflı məlumat verib. Daha sonra rəis müavini N. Əliyev və C.Səttarova öz təbrik və arzularını bildirərək qabaqcıl müəllimlərə Fəxri Fərmanlar təqdim ediblər.

Məktəbin şagird və müəllimlərinin ifasında Ə.Bakıxanovun işləmələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı təqdim edilib. Konsert tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti