...

Məktəblərdə kitab təbliğatı keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Yanvar 2018 20:51 (UTC +04:00)
“Məktəblinin kitab klubu” layihəsi çərçivəsində görüş keçirilib.
Məktəblərdə kitab təbliğatı keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları “Məktəblinin kitab klubu” lahiyəsi çərçivəsində 203 saylı və 162 saylı orta məktəblərdə kitab təbliğatı keçiriblər.

Trend-in məlumatına görə, kitabxananın əməkdaşları tərəfindən məktəblilərə “Nağılların yolunda”, N.Nosovun “Vitya Maleyev həm məktəbdə, həm evdə”, Q.Qraubinin “Payızda yarpaqlar nə üçün tökülür?”, P.Kluşantsevin “Teleskop nədən danışır?”, "Hüquq və azadlığımızın ölçüsü", "Azərbaycan tarixindən yüz şəxsiyyət", “Elm və texnika inkişaf tarixi" kitabları haqqında ətraflı məlumatlar veriblər. Sonra şagirdlər kitablara baxış keçiriblər.

Sözü gedən “Məktəblinin kitab klubu” lahiyəsinə 2017-ci ilin aprel ayından start verilib və bugünədək bir çox orta məktəblərdə təşkil olunur. Baş İdarənin nəzdində fəaliyyət göstərən kitabxanalar tərəfindən mütamədi olaraq məktəblilərə kitabların təbliğ olunması, gənclərə aşılanması və mütailəyə marağın artırılması məqsədilə bir çox layihələr həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti