...

Bakıda tanınmış caz ifaçılarının konserti keçiriləcək

Mədəniyyət Materials 27 Fevral 2018 20:51 (UTC +04:00)
Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək.
Bakıda tanınmış caz ifaçılarının konserti keçiriləcək

Bakı. Trend:

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konsert proqramı keçiriləcək.

Trend-in məlumatına görə, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival, müsabiqələrin qalibi peşəkar tarzən Şəhriyar İmanov, Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və "H3 Collective" iştirak edəcəklər.

Konsertin xüsusi qonağı Parisdə yaşayan və Fransanın caz üzrə ən güclü və tanınmış təhsil ocağı "Center des Musique Didier" musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədlidir. Gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarda və müxtəlif layihələrdə iştirak edib. Hər zaman öz çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. Azərbaycan mədəniyyəti və musiqisinin dünya dinləyicisinə çatdırılması və təbliğində əhəmiyyətli işlər görüb.

Möhtəşəm musiqi kompozisiyalarının təqdim olunacağı caz musiqisi axşamında dinləyiciləri maraqlı konsert proqramı və çoxlu sürprizlər gözləyir.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-50 manat arasında satışa çıxarılıb. Biletləri Heydər Əliyev Sarayının kassasından, İticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti