...

"Mona Liza" Luvrdan çıxarılacaq

Mədəniyyət Materials 1 Mart 2018 16:07 (UTC +04:00)
Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib
"Mona Liza" Luvrdan çıxarılacaq

Bakı. Trend:

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib.

Trend-in məlumatına görə, nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər.

Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Qeyd edək ki, “Mona Liza” sonuncu dəfə 1974-cü ildə Luvr muzeyini tərk etmişdi. O zaman əsər Moskva və Tokioda bir müddət nümayiş etdirilmişdi.

Xəbər lenti

Xəbər lenti