...

Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 15 Mart 2018 22:08 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin aparıcısı Tərlan Akcay iştirakçıları salamlayıb, sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb.

Həsənağa Turabovun həyat və yaradıclığından bəhs edən videogörüntü nümayiş olunub.

Tədbirdə xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artisti Hacı İsmayılov, xalq artisti, kinorejissor, ssenarist Eldar Quliyev, xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, kinorejissor, ssenarist Şeyx Əbdül çıxış edərək Həsənağa Turabovun teatrda, milli kinomuzda yaratdığı rəngarəng, dolğun obrazlardan, pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Həsənağa Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaratmış və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.

Daha sonra sənətkarın cəkildiyi “Dərviş Parisi partladır” və “Dantenin yubileyi” filmlərindən fraqmentlər göstərilib.

Sonda sənətkarın ailəsi adından çıxış edən qızı Sevinc Turabova tədbirin təşkilatçılarına və iştirak edən mədəniyyət və incəsənət xadimlərinə öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti