...

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mədəniyyət Materials 30 Mart 2018 21:53 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” adlı möhtəşəm layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” adlı möhtəşəm layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Trend-in məlumatına görə, mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçib.

Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atıb ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim edibər.

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm "Etnik musiqi inciləri" layihəsi çərçivəsində Afina Opera Teatrının bədii rəhbəri, bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində konsert proqramı ilə çıxış edib.

Yunanıstan səfirliyinin dəstəyi ilə keçirilən bu tədbir Yunanıstanın Dövlət Müstəqilliyi Gününə həsr olunub.

Konsertdən əvvəl Mərkəzin foyesində Yunanıstanın Azərbaycandakı səfiri Nikos Kanellosun və rəssam Nərgiz Quliyevanın rəsm əsərlərindən ibarət sərgi tamaşaçılara nümayiş olunub.

Rəsmi hissədə Yunanıstanın Azərbaycandakı səfiri Nikos Kanellos və XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxış edib. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf edildiyi vurğulanıb. Həmçinin Azərbaycanla Yunanıstan arasında iqtisadi, mədəni, humanitar, qarşılıqlı investisiya qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlığın olduğunu qeyd edən G.Cəfərov bildirib ki, iki ölkə arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin bünövrəsini daha da möhkəmləndirəcək.

Tədbirin bədii hissəsi hər iki ölkənin – Yunanıstanın və Azərbaycanın dövlət himnlərinin ifası ilə açılıb.

”Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə Nikos Ksantoulisun ifasında lira aləti üçün yazılmış K.V.Qlukun, Q.Qarayevin, S.Muskaritolonun, G.Handelin və digər klassik bəstəkarların əsərləri ifa olunub.

Orkestrin dirijoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontra tenor) və beynəlxalq müsabiqələr laureatı Rövşən Əmrahov (violin) öz ifaları ilə gecəyə rəng qatıblar.

Nikos Ksantoulisun lirada müşayiəti ilə İlham Nəzərovun oxuduğu “Sarı gəlin” xalq mahnısı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsertdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və "Mədəniyyət" kanalının dəstəyi ilə keçirilən “Unudulmayanlar” adlı möhtəşəm layihənin növbəti tədbiri opera müğənnisi, xanəndə, Xalq artisti Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr ediləcəkdir.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti