...

Edita Pyexa xəstəxanaya yerləşdirildi

Mədəniyyət Materials 5 Aprel 2018 12:27 (UTC +04:00)

Bakı. Trend:

SSRİ-nin xalq artisti Edita Pyexanın aprelin 9-u Çelyabinskdə nəzərdə tutulmuş konserti təxirə salınıb.

Trend-in məlumatına görə, buna 80 yaşlı müğənninin xəstəliyi səbəb olub.

Qeyd olunur ki, E.Pyexa bronxitin kəskinləşməsi ilə əlaqədar Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib. Müğənninin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Konsertin may ayında keçiriləcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti