...

Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin açılışı olub

Mədəniyyət Materials 16 Aprel 2018 21:21 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin təntənəli açılışı olub.
Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin açılışı olub

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin təntənəli açılışı olub.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsinə start verilib. Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir, uşaqlar bütün respublika üzrə seçilir, müsabiqə isə iki mərhələdə keçirilir.

Müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə həyata keçirilir.

Müsabiqə çərçivəsində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçiriləcək.

Müsabiqənin ilk günündə Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev qeyd edib ki, bu müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublika orta ixtisas musiqi və musiqi incəsənət məktəblərinin şagird və tələbərinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə həyata keçirilir. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:

Fortepiano ifası, simli musiqi alətlərində ifa, xalq çalğı alətləri və vokal ifaçılığı (klassik və xanəndə), musiqişünaslıq. Konkursun münsiflər heyətində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimləri təmsil olunur.

Sonra Təhsil Nazirliyinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova müsabiqədə iştirak edən bütün şagirdlərə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Müsabiqədə respublikanın regionlarından musiqi və musiqi incəsənət məktəblərinin 600-dən çox şagirdi iştirak edir. Müsabiqəyə mayın 3-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti