Bakı. Trend:
Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Aygün Səmədzadənin "Azərbaycan adına" möhtəşəm sənət gecəsi keçiriləcək.
Trend-in məlumatına görə, Yaşil Teatrda, 9 iyun saat 20.00-də başlayacaq konsert Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.
Tanınmiş ifaçılar və musiqiçilər, rəqs qrupları Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijoru və bədii rəhbəri Xalq Artisti Teymur Göyçayevdir) müşayiəti ilə çıxış edəcəklər.
Əlaqə telefonları: 055 440 40 40, 055 201 01 80, 050 212 44 18
Biletlər Bakının bütün kassaları, "Asan xidmət" mərkəzlərində və https://m.iticket.az/en/events/aygun-semedzade vasitəsilə satılır!
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, AzTV, Mədəniyyət TV, ASAN Radio