...

Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb (FOTO)

Mədəniyyət Materials 16 May 2018 11:11 (UTC +04:00)
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində cümhuriyyətimizə həsr olunmuş tamaşa səhnələşdirilib.
Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb (FOTO)

Bakı. Trend:

Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində cümhuriyyətimizə həsr olunmuş tamaşa səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ssenari müəllifi və rejissoru Öztürk Bayrama aid olan "Büyücü” (“Cadugər”) tamaşası Anadolu Universiteti Sinema Anadoluda oynanılıb.

Əsər "Göylərin qoruduğu, gecənin qaranlığında asılmış işıqlarımız! Aydınlığa gözlərini vermiş rənglərimiz! Tanrının yeddi ruha üfürdüyü müqəddəs nəfəsləri! Heç bir zaman parçalanmayan gücümüzün səltənətidir sevgimizin qaynağı!..." sözləri ilə başlayır, daha sonra verilən yanlış qərarların nəticəsi olaraq baş verən sosial dəyişikliklərdən bəhs edir.

Tamaşadan sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın tamaşanın yaradıcı heyətinə minnətdarlığını bildirərək onlar “Təşəkkürnamə”, Eskişehir Valisinin müavini Aslan Avşarbey isə teatrın rejissoru Öztürk Bayrama dərnək adından plaket təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti