...

İçəri Şəhərdə Baku Summer Food Fest yemək festivalı başladı (FOTO)

Mədəniyyət Materials 15 İyun 2018 20:21 (UTC +04:00)
Yay mövsümünün ən qızğın vaxtıdır, iyunun 15-dən 1 iyula kimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, Meal For Real kulinar platforması yeni layihə - Bakıda ən iri küçə yeməyi festivalı olan Baku Summer Food Fest başladı
İçəri Şəhərdə Baku Summer Food Fest yemək festivalı başladı (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Yay mövsümünün ən qızğın vaxtıdır, iyunun 15-dən 1 iyula kimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, Meal For Real kulinar platforması yeni layihə - Bakıda ən iri küçə yeməyi festivalı olan Baku Summer Food Fest başladı.

Qastronomik bayram İçəri Şəhərin Qoşa Qala ərazisində keçirilir. Paytaxtımızın 30-a yaxın restoran və kafesi sevdiyiniz yeməklərdən əlavə, tədbirə uyğun xüsusi menyuları təqdim edilir. Hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcək festival, qurmanlar üçün maraqlı proqram ilə təşkil olunacaq: müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setləri.

Festival iştirakçılarının menyusunda əsas özəllik münasib qiymətlər olacaq. Məsələn, adi vaxtda 20 manat olan yemək festival çərçivəsində onun "street food" versiyası sizə cəmi 5 manata başa gələcək. Bununla yanaşı, bütün restoranlar keyfiyyətin yüksək səviyyəsinə və qida təhlükəsizliyinə ciddi əməl edirlər.

Məhz əyləncələrin müxtəlifliyi sayəsində festivalda həm uşaqlar, həm də onların valideynləri şən vaxt keçirəcəklər. Ölkənin ən yaxşı DJ şəbəkələrindən ibarət gündəlik marafon, "Indian Night", "Jazz Night", "Voice of Summer Food Fest" və s. tematik gecələr keçirilir. Yalnız "Summer Food Fest" festivalında Bakının xeyli sakini və əcnəbilərlə qarşılaşmaq mümkündür. Onlar bura istirahət mühiti, əyləncələr və ləziz yeməklər üçün gəliblər. Festivala bir saatlığa gəlinməsindən və ya bütün gecəni burada keçirilməsindən asılı olmayaraq, hər kəsin özünü sanki tətildə, yaxud xaricdə istirahərdəki kimi hiss etdiyi kiçik adadır.

Festivala giriş pulsuzdur, belə ki qonaqlar aşpazların hazırladığı dünya mətbəxinin yeməklərini dadmağa əla fürsət qazanacaqlar. Yarım ay ərzində fasiləsiz bayram yaşayacaqsınız!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti