...

"7 Gözəl Beauty Fashion Show 2018" adlı gecə keçirildi (FOTO)

Mədəniyyət Materials 16 İyun 2018 17:12 (UTC +04:00)
Elite Event Hall da Pi Group production-un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show 2" və "7 Gözəl Beauty Fashion Awards 2018" adlı gecə keçirilib.
"7 Gözəl Beauty Fashion Show 2018" adlı gecə keçirildi (FOTO)

Bakı. Trend:

Elite Event Hall da Pi Group production-un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show 2" və "7 Gözəl Beauty Fashion Awards 2018" adlı gecə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə 2018-ci ildə dəbdə olan gəlinlik və ziyafət geyimləri, makiyaj və saç düzümləri nümayiş olunub.

"7 Gözəl Beauty Fashion Show 2"nin açılışı fayton, retro və lyuks avtomobillərin şousu ilə başlayıb.

Tədbirdə həmçinin "Uşaqlar podiumda" adlı şou tamaşaçılara təqdim olunub.

Gecənin müğənni qonaqları Murad Arif, Ayaz Babayev, Sura İskəndərli, Pərviz Abdullayev, Pərvanə Talıbzadə, Dj Roshka, rəqqasə Aygün Makuşla, Nero dance, "Azəri Atəşi" rəqs qrupu çıxış ediblər. Gecənin aparıcısı Zümrüd Qasımova olub. Qonaqların qeyri-adi şirniyyatları tamaşaçılara təqdim olunub.

Layihənin rəhbəri - İsmayıl Qasımov.

Layihənin ideya və ssenarisi - Pərvanə Məmmədova.

Foto - Vasif Muradbəyli.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti