...

"Miss & Mister Grand Azerbaijan 2018" gözəllik müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)

Mədəniyyət Materials 9 İyul 2018 19:31 (UTC +04:00)
Elektra Events Hall-da "Miss & Mister Grand Azerbaijan" 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub.
"Miss & Mister Grand Azerbaijan 2018" gözəllik müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)

Bakı. Trend:

Elektra Events Hall-da "Miss & Mister Grand Azerbaijan" 2018 Gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub.

Trend-in məlumatına görə, 10 xanım və 10 bəy finalçı 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıblar. Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.

Müsabiqənin finaliçıları tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.

Yekunda finalçı xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.

Təşkilatçılar müsabiqəni finalçıların moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalçılar təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.

Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. "Miss Grand Azerbaijan" tituluna Ayşə Qarayeva sahib olub. "Mister Grand Azerbaijan" Nuru Əhmədov olub. "1st runner up Miss Grand Azerbaijan" adını Pərvin Əliyeva qazanıb. "1st runner up Mister Grand Azerbaijan" Fərid Əliyev olub. Üçüncü yeri və "2nd runner up Miss Grand Azerbaijan" adı Aydan Yeşildağa, "2nd runner up Mister Grand Azerbaijan" adı isə Ağasəlim Mikayılova verilib.

Digər iştirakçılar isə Miss/Mister Grand Photomodel 2018, Miss/Mister Grand Catwalk 2018, Miss/Mister Grand Physic 2018, Miss Grand Sharm 2018 və Mister Grand Style 2018 nominasiyalarında mükafatlar alıblar.

Gecənin qonaqlarına maraqlı musiqi proqramı təqdim edilib, müsabiqə qaynar diskoteka ilə başa çatıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti