...

Bakıda Gəncə rəssamlarının sərgisi keçiriləcək

Mədəniyyət Materials 15 Fevral 2019 08:51 (UTC +04:00)
Bakıda 20-25 fevral 2019-cu il tarixlərdə Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Aərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək.
Bakıda Gəncə rəssamlarının sərgisi keçiriləcək

Bakı. Trend:

Bakıda 20-25 fevral 2019-cu il tarixlərdə Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Aərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək.

Bəzi fərziyyələrə görə Gəncə sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olaraq, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Və, sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə onların baxışı, münasibəti göstərilir.

Layihənin məqsədi Azərbaycanın bədii ənənələri və mədəni irsinin dəstəklənməsi, gənc rəssamın bədii inkişafına və formalaşması üçün yaradıcı mühitin yaradılması; region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması; estetik tərbiyə; geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək; yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılmasıdır.

Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Faiq Abdullayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunur. Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondundan da bir neçə əsər ekspozisiyaya daxil edilmişdir.

Sərginin kuratoru Məhbarə Abbasovadır.

Sərgi 20-25 fevral 2019-cu il tarixdə açıq olacaqdır. Giriş sərbəstdir.

Sərginin açılışı 20 fevral saat 18:00.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti