...

“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirilib (FOTO)

Mədəniyyət Materials 25 Mart 2019 18:25 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi baş tutub.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, qala gecədə Türkiyənin məşhur aktyorları Jess Molho və ilk rolunu alan oğlu Tibet, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov ailəsi ilə və yaradıcı heyətin üzvləri iştirak ediblər.

Tədbirə həm də Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi tanınmış simalar da qatılıb.

Qeyd edək ki, “Çat Kapı Aşk” filmi Azərbaycanda fəaliyyət göstərən “Cinemazadeh” studiyasının istehsalıdır və xaricdə çıxan ilk filmidir.

Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadə. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vügar Islamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti