...

“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib (FOTO)

Mədəniyyət Materials 9 Aprel 2019 18:34 (UTC +04:00)
“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib (FOTO)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinin dəstəyi ilə tanınmış professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib.

XİN-dən Trend-ə verilən məlumata görə, kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunub.

Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapıb.

Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilib. Həmçinin yaxın zamanlarda kitabın Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti